Yüklərin mühafizəsi və müşayət olunması

Qartal Security Company

Yüklərin mühafizəsi və müşayiət olunması daşınma zamanı risklərin minimuma endirilməsi və maddi dəyərlərin təhlükəsiz çatdırılması üçün vacib xidmətdir. “Qartal” mühafizə şirkəti yüklərin çıxış nöqtəsindən təyinat yerinədək peşəkar mühafizəsini və nəzarətini təmin edir.

Xidmətlərimiz kiçik, orta və iri müəssisələrin ehtiyaclarına uyğun şəkildə təşkil olunur və yüklərin marşrut boyunca etibarlı müşayiətini əhatə edir. Daşınma prosesi boyunca mühafizə əməkdaşlarımız yükün təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır.


Yüklərin müşayiəti zamanı əsas xidmətlər

  • yükün sifarişçidən təhvil alınması;

  • əmtəə və maddi dəyərlərin çəkisinə nəzarət;

  • yükdaşıyan nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması;

  • möhür və plombalara nəzarət;

  • yükün alıcıya təhlükəsiz və vaxtında çatdırılması.


Etibarlı və peşəkar yanaşma

“Qartal” mühafizə şirkəti yüklərin daşınması zamanı oğurluq, müdaxilə və digər risklərə qarşı kompleks təhlükəsizlik tədbirləri tətbiq edir. Marşrut, yük növü və risk səviyyəsi nəzərə alınaraq fərdi müşayiət planı hazırlanır.

Qartal Security Service — 1997-ci ildən Bakı və bütün ölkə üzrə fəaliyyət göstərən lisenziyalı mühafizə şirkətidir. Biz bizneslər, təşkilatlar və fərdi müştərilər üçün fiziki və texniki təhlükəsizlik xidmətləri təqdim edirik.

Əlaqə

  • Ünvan:Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küç. 304
  • Telefon:+994 (12) 480 29 97
  • E-Poçt:qartalss.mmc@gmail.com
  • İş vaxtı:B.e. - Cümə 09:00 - 19:00
    Bazar günü 10:00 - 16:00
Shopping Basket