Növbəti şərtlərdən biri namizədlərin Mühafizəçilərin İxtisasartırma Tədris Mərkəzlərində xüsusi kurslarda təlim keçməsidir. Təlimi başa vurub imtahanlardan müvəffəqiyyətlə keçdikdən sonra, namizədlər mühafizə strukturlarında çalışma hüququ verən sertifikatla təltif olunurlar. Bundan sonra mühafizə olunan obyektlərdə onlar təcrübəli mühafizəçilərin nəzarəti altında təcrübə keçirlər. Yalnız bundan sonra onlar qanunvericiliyə uyğun olaraq 3 ay sınaq müddətinə işə cəlb olunurlar. Sonradan sınaq müddətini uğurla başa vuran hər bir mühafizəçi ilə müddətsiz əmək müqaviləsi bağlanılır. Belə yanaşma təcrübi baxımdan özünü doğruldur. Nəticədə işçilərin peşəkarlıq səviyyəsi artır, mühafizəçi qabiliyyəti aşağı olan şəxslərin işə qəbul olunması minimuma enir, mühafizə olunan obyektlərdə baş verə biləcək xoşagəlməz halların qarşısı alınır.
AR-nın “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanununa əsasən mühafizəçilər xidmətlərini xüsusi geyim formasında aparmalıdırlar. Xüsusi geyim forması mövsümi olaraq 2-cür nəzərdə tutulur:

Mühafizə olunan obyektlərdə xidmət aparan mühafizəçilər xüsusi dəbilqələr, parlaq narıncı rəngli xüsusi jiletlər, qoruyucu eynəklər və s. təmin olunurlar. Mühafizəçinin təchizatına həmçinin daxildir:
İşçilərin sosial müdafiəsinə dair götürülən öhtəliklər aşağıdakılardır:
CV-ni elektron poçt ünvanına göndərin (qartalss.mmc@gmail.com)

Qartal Təhlükəsizlik Xidmətinin rəsmi veb saytı.
Qartal Security Service — 1997-ci ildən Bakı və bütün ölkə üzrə fəaliyyət göstərən lisenziyalı mühafizə şirkətidir. Biz bizneslər, təşkilatlar və fərdi müştərilər üçün fiziki və texniki təhlükəsizlik xidmətləri təqdim edirik.