Qartal Security Company
Konsertlər, idman yarışları, korporativ tədbirlər, konfranslar, sərgilər və toy mərasimləri — kütləvi tədbirlər təhlükəsizlik baxımından yüksək risk daşıyır. Minlərlə insanın iştirakı, bahalı avadanlıq, qonaqlar və dəvət olunmuş şəxslər bu tədbirlərdə peşəkar mühafizəni zəruri edir.
“Qartal” özəl mühafizə şirkəti kütləvi tədbirlərin təhlükəsizliyini təmin etməklə yanaşı, onların statusunu və nüfuzunu vurğulayan yüksək səviyyəli mühafizə xidmətləri təqdim edir.
Biz “kütləvi tədbir” anlayışına şablon kimi yanaşmırıq.
Hər bir tədbir ölçüsündən asılı olmayaraq — istər kiçik korporativ görüş, istərsə də minlərlə insanın iştirak etdiyi konsert — ayrı bir təhlükəsizlik layihəsi kimi qiymətləndirilir.
Tədbirdən əvvəl:
risklərin analizi və proqnozlaşdırılması;
mühafizə strategiyasının hazırlanması;
təhlükəsizlik sxemlərinin və fəaliyyət planının tərtibi aparılır.
Bu yanaşma tədbirin problemsiz və təhlükəsiz keçirilməsini təmin edir.
giriş-çıxışa və ziyarətçi axınına nəzarət;
bahalı avadanlıq, dekorasiya və şəxsi əşyaların mühafizəsi;
qonaqların, VIP şəxslərin və artistlərin təhlükəsizliyinin təmin edilməsi;
fövqəladə hallara operativ və sakit reaksiya;
ictimai asayişin qorunması.

Qartal Təhlükəsizlik Xidmətinin rəsmi veb saytı.
Qartal Security Service — 1997-ci ildən Bakı və bütün ölkə üzrə fəaliyyət göstərən lisenziyalı mühafizə şirkətidir. Biz bizneslər, təşkilatlar və fərdi müştərilər üçün fiziki və texniki təhlükəsizlik xidmətləri təqdim edirik.