Ofis: +99412 480-29-97 Mobil: +99455 878-43-04

“Qartal” təhlükəsizlik şirkəti


      Qartal” MMC öz fəaliyyətini 30 may 1997-ci ildən başlayıb və “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Qanununa əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi Lisenziyası (21 oktyabr 2016-ci il tarixli № 084995) əsasında fəaliyyət göstərir. Müəssisəmiz 22 ildən artıq Bakı şəhərində və Respublikanın müxtəlif bölgələrində yüksək səviyyədə mühafizə xidməti göstərir. “Qartal” MMC ildən ilə öz iş həcmini artırır və mühafizə xidməti sahəsində peşəkarlıq səviyyəsini yüksəldir. “Qartal” MMC 22 ildə əldə etdiyi nəaliyyətlərə görə Azərbaycan İşəgötürənlər Konfederasiyasının fəxri diplomlarıyla, Sahibkarlığın İnkişafına Yardım üzrə beynəlxalq təşkilatların diplomları ilə təltif edilmişdir. Müəssisəmizdə fəaliyyət göstərən mühafizəçilərin əksəriyyəti, hərbi xidməti keçmiş, 20-40 yaşlarında olan və mühafizəçilərə bu sahədə işləmək hüququ verən xüsusi hazırlıq kurslarını bitirmiş sertifikatları olan gənclərdən ibarətdir. “Qartal” MMC mühafizə müəssisəsi, müəssisə və təşkilatlarla müqavilə bağlayarkən qanunvericiliyin prinsiplərinə ciddi əməl etməklə mühafizə xidmətinin yüksək keyfiyyətini də təmin edir.

Lisenziya

 

     Müəssisəmizin göstərdiyi mühafizə xidmətləri bütün növ mühaizə sahələrini əhatə edir: stasionar obyektlərin fiziki mühafizəsi, kütləvi tədbirlərin mühafizəsi, qiymətli yüklərin mühafizəsi, yanğın həyəcan siqnalları, təhlükəsizlik və yanğından mühafizə sistemlərinin quraşdırılması, video müşahidə və giriş-çıxışa nəzarət.
“Qartal” Mühafizə şirkəti öz uğurlarını fəaliyyətinə sistemli yanaşma sayəsində əldə edib. Bu da aşağıdakılara əsaslanır:

  • qabaqcıl profilli texnologiyaların monitorinqi;
  • komanda və nəzarət personalının, kadrların real peşəkarlıq səviyyəsinin monitorinqi, sistemin effektivliyi;
  • fəaliyyətin həyata keçirilməsi dövründə baş verən dəyişikliklərlə əlaqədar olaraq mövcud durumun şəraitə uyğunlaşdırılması.

    Müştərinin strateji hədəflərini açıq şəkildə anlamaq, taktiki vəzifələrin aydın şəkildə açıqlanması və prioritetlərini şirkətin komanda və idarəetmə qrupuna uyğun şəkildə paylaşdırılması, “zəruri və kifayət qədər” prinsipi əsasında mühafizə sisteminin quruluşunun təşkili, mühafizə sistemində bütün proseslərin təsviri. Bu formula üzrə prinsiplərin yerinə yetirilməsi nəticəsində müştəriyə qiymətlərin müəyyənləşdirilməsi və xidmət keyfiyyətinin ölçülməsi üçün geniş imkan yaranır.     Şirkətin aparıcı mütəxəssisləri güc strukturlarının sabiq əməkdaşlarından ibarətdir. İllər ərzində toplanmış təcrübə və kadrların xüsusi təlim üzrə hazırlasnması və s. göstərilən xidmətlərin yüksək keyfiyyətini təmin edir. Bizə həm dövlət, həm də kommersiya strukturlarının mühafizəsini etibar edirlər. Dövlət obyektlərinin, diplomatik korpusların nümayəndəliklərinin tərəfimizdən mühafizə olunmasını özümüz üçün şərəf hesab edirik.
Təhlükəsizliyini “Qartal” Mühafizə müəssisəsinə əmanət edən müəssisələrin və fiziki şəxslərin sayı günbəgün artır.
Yalnız müştərilərə göstərdiyimiz səviyyəli xidmətə görə yüksək nüfuza sahibik.
Bizim fəaliyyətimizin məqsədi müştərilərimizin həyatını və fəaliyyətini etibarlı mühafizəsini təşkil etmək və eyni zamanda təhlükəsizliyini təmin etməkdir.

         Bizim fəaliyyətimizin məqsədi müştərilərimizin həyatının və fəaliyyətinin etibarlı mühafizəsi və təhlükəsizliyini təmin etməkdir.

     Bizi ona görə seçirlərki, çünki biz digərlərindən daha üstün mühafizə edirik!

Close Menu