Kütləvi tədbirlərin mühafizəsi

Qartal Security Company

Statusumuzu vurğulayaraq

Bir çox şirkətlər üçün konsert, idman yarışları, korporativ görüş, konfrans, sərgi və ya toy kimi kütləvi tədbirlərin təşkili normal bir haldır. Sizlər həmçini bunu da yaxşı başa düşürsünüz ki, belə bir əlamətdar hadisələr yüksək təhlükə mənbəyi ola bilər, çünki hadisələrin gedişatını əvvəlcədən demək olmur.

Kütləvi tədbirlər keçirilən zaman görülən təhlükəsizlik tədbirləri, onların sakit keçirilməsi, insanların həyat və sağlamlığının toxunulmazlığının, eləcə də onların mallarının zəmanətinə əsas verir. Belə zəmanətlər eyni zamanda bu kimi tədbirlərin həm təşkilatçılar, həm də iştirakçıları üçün çox vacibdir.

Belə tədbirlərin keçirilməsində qiymətli avadanlıq, dekorasiya, şəxsi əşyalar, ən əsası qonaqlar və dəvət olunmuş artistlərin təhlükəsizliyi böyük əhəmiyyət kəsb edir.

Heç kim üçün gizli deyil ki, kütləvi tədbirlər zamanı hər tərəfli düşünülüb təşkil olunan mühafizə xidməti hadisələrin və onların təşkilatçılarının statusunu vurğulayan zəruri atributdur.

Biz stereotipləri inkar edirik

“Kütləvi tədbirlər” kimi ümumi termin onların hər birinin xüsusiyyətlərini diqqətdən yayındırır. “Qartal” şirkəti olaraq biz prinsipial olaraq hər belə bir tədbirin mühafizəsini öz üzərimizə götürdüyümüz hadisəni  qeyri-tipik hesab edirik. Bu cür yanaşma bizə başlanğıcdan təşkilati işlərdə istifadə edilən stereotipləri inkar etmətyə imkan verir.

İdman matçları, reklam kampaniyası və ya tamaşalar kimi tədbirlərin hazırlanması bizim tərəfimizdən  çox vaxt sərf olunan ayrıca bir layihələr kimi hesab edirik. Risklərin diqqətlə öyrənilməsi, hadisələrin inkişafının proqnozlaşdırılması, fəaliyyətlərin ciddi tənzimlənməsi və s. kimi görüləcək işlər “kütləvi tədbirlər zamanı mühafizənin ətraflı planının” işlənib  inkişaf etdirilməsindən əvvəl gəlir.

Qeyri-ənənəvi yanaşma, hər hansı bir ölçüdə olursa olsun –  kiçik korporativ tədbirlərdən bir neçə  min insan tutumu olan konsert arenalarınadək- kütləvi tədbirlərin mühafizəsinin səmərəliliyinin əsası kimi nəzərdə tutulur.

Biz sülh, rahat həyat və əminəmanlığın təminatına zəmanət veririk

  • Mühafizə xidmətini bizə əmanət edən müştərilər tamamilə rahat ola bilər. “Qartal” özəl mühafizə şirkəti yalnız təsdiq edilmiş proqramın icrasının dəqiqliyi və qayda-qanununu deyil, həm də onun uğurlu, rahat və təhlükəsiz keçirilməsini təmin edəcək;
  • Hər bir tədbir üçün ayrı- ayrılıqda əməkdaşların fərdi seçimi həyata keçirilir. Bu zaman müştərilərin bütün arzularını, o cümlədən, xarici görünüş və geyim nəzərə alınır;
  • mühafizəçilərimizin təcrübə və peşəkarlığı baş vermis hər hansı bir problemin münaqişəsiz həll olunmasına imkan verəcək;
  • etiket biliklərə malik olması, hərəkətlərində qətilik və işçilərimizin dərhal reaksiya vermə qabiliyyəti onların  statuslarını vurğulayır və hər hansı bir tədbirin nüfuzunu qorumağda kömək edir;
  • tədbirlərin həyata keçirilməsindən əvvəl əhəmiyyətli dərəcədə hazırlıq işlərinin (təşkilati məsələlərin razılaşdırılması, polis, təcili yardım və FHN əməkdaşları ilə qarşılıqlı əlaqənin qurulması, tədbirlərin mühafizəsinə dair datallı planlarının tərtib olunması və s) görülməsi;
  • Biz həmçini müştərilərə əlavə xidmətlərin göstərilməsini də təmin edirik: VIP şəxslər və qonağların müşayət olunması, xüsusi nəqliyyat və digər xüsusi avadanlığın təmin olunması.  Zərurət yarandıqda, müşayiət edən heyətin tərkibinə tibb işçisi də daxil edilə bilər.

     Kütləvi tədbirlərin keçirilməsi zamanı göstərilən mühafizə xidməti sadə bir  proses deyil. Buraya təhlükəsizliyin təmin olunması üçün bir sıra tədbirlər kompleksi daxildir.