Tikinti obyektlərinin qorunması
Qartal Security Company
Bina tikintisi uzun sürən və gözlənilməz hadisələrlə bağlı bir prosesdir. Belə obyektlərdə mühafizə tədbirlərinin təşkili xüsusi yanaşma tələb edir.
Xidmətlərin siyahısında tikinti sahələrinin mühafizəsi mürəkkəblik baxımından ilk yerlərdən birini tutur. Lakin “Qartal” Mühafizə şirkətin işçilərinin təcrübəsi və peşəkarlığı bu işi ən yüksək etibarlılıq dərəcəsi ilə həyata keçirmək imkanına malikdir.
Bu gün tikinti meydançaları tikinti materialları və digər qiymətli əşyaların oğurlanması baxımından ən cəlbedici obyektlərdirlər. Tikinti açıq havada və böyük bir ərazidə aparıldığı üçün, nəzərə dəymədən hər hansı bir tikinti obyektinin ərazisinə nüfuz etmək imkanı olduqca böyükdür. Buna görə də, tikinti sahəsinin ətrafında sağlam bir hasarın tikilməsi məcburidir. O olmazsa, tikinti zamanı obyektlərin mühafizəsi az efektli ola bilər. Yük maşınlarının giriş və çıxışı üçün hasarda böyük darvazalar açılır. O darvazaların yanında, obyektə giriş və çıxışın nəzarətini həyata keçirən təhlükəsizlik post sistemi qurulur.
Mühafizə tədbirlərini hazırlayarkən, bizim əməkdaşlarımız obyekti diqqətlə öyrənirlər. Əməkdaşların tez-tez rastlaşdıqları problemlər: zəif işıqlandırma, çardağdakı çuxurlar, bir neçə tikinti briqadasının eyni zamanda çalışması, tikinti materiallarının səmərəli saxlanması, böyük nəqliyyat axını. Bütün bunlar mühafizə işini əhəmiyyətli dərəcədə çətinləşdirir. Və əgər obyektdəki pis işıqlandırma və çuxurları aradan qaldırmaq mümkündürsə, digər işlər tikinti obyeltində xüsusi təhlükəsizlik tədbirlərinin tətbiq edilməsinin tələb edir. Bizim şirkətimizdə çalışan əməkdaşlarımızın peşəkar təhsillərinə, müasir avadanlıqlara və bizim Mühafizə şirkətinin xüsusi Nizamnaməsinə əsaslanırıq. Əhəmiyyətli bir məqam, bizim ərəfimizdən hərzaman müştəri ilə qarşılıqlı anlayışın əldə edilməsdiri. Biz hər zaman Sizin arzularınıza cavab verməyə hazırıq və qarşılıqlı anlaşma və uzunmüddətli əməkdaşlıq üçün ümid edirik.
Tikinti sahələrinin mühafizəsi 24 saat müddətində aparılır. Yalnız bu əməliyyat rejimi ilə onun mühafizəsini təmin edə bilərik. Biz obyektin monitorinqinin xüsusi üsulları üzrə hazırladık.
Tikinti sahələrinin mühafizəsi bizim şirlətin bir neçə işçiləri tərəfindən həyata keçirilir. Tikinti sahəsinə nəzarət tikinti sahəsinin bütün ətrafı boyunca mütəmadi olaraq həyata keçirilir. Bundan əlavə, ərazini tam mühafizə məqsədilə konsentrik yanaşma istifadə olunur: keşikçi böyük bir ərazini əhatə edən spiralvari hərəkət edərək nəzarət edir, Gözətçilər bir-biriylə üz-üzə görüşərək hasar boyunca hərəkət edirlər. Ayrıca olaraq, tikinti çuxurları və qaranlıq tikinti obyektlər bir daha yoxlanılır. Mühafizəçi postlarının girişindəki mühafizə otaqları həyəcan siqnalı və siqnal sistemi ilə təchiz olunmuşdur. Tikinti sahələrinin qorunması yanğın təhlükəsinin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin təşkilini nəzərdə tutur. Bunun üçün xilasetmə məntəqəsində yanğın söndürmə vasitələri mövcuddur. Bundan əlavə biz şəhərin təcili yardım xidmətləri ilə də etibarlı ünsiyyət qurmanı təşkil etmişik.
Terror aktlarının artması ilə əlaqədar olaraq əməkdaşlarımız xüsusi antiterror təhsili alır və bu kimi təlimlərdə istirak edirlər. Tikinti sahələrinin mühafizəsi bütün qonaqların diqqətlə yoxlanmasını, davranışlarının monitorinqini, obyektin ərazisinə icazəsiz daxil olmaq istəyənlərin qarşısını alır.
Tikinti mərhələsində olan obyektlərin mühafizəsi təhlükəsizliyin effektiv həyata keçirilməsinə yönəlmiş bütün tədbirlər kompleksidir.